İlham Əliyev Vladimir Putinə başsağlığı verib

SİYASƏT
17:10 17.07.2013
1939

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu göndərib.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, məktubda deyilir:“Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir PutinəHörmətli Vladimir Vladimiroviç,Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram”.

OXŞAR XƏBƏRLƏR