Bakı metropolitenində həyəcanlı anlar yaşanıb.
AZXEBER.COM-un məlumatına görə, metronun “Dərnəgül – Həzi Aslanov” xətti üzrə hərəkət edən qatar “Nəsimi” stansiyasında dayanıb.
Təxminən, 20 dəqiqə hərəkət etməyən qatarda bəzi sərnişinlərin səhhəti pisləşib. Daha sonra xoşagəlməz halın texniki nazalıqla bağlı olduğu elan edilib və qatar yoluna davam edib.