Bu gün bəzi rayonlarda qaz olmayacaq

Bu gün bəzi rayonlarda qaz olmayacaq
Bütün Xəbərlər
12:47 11.06.2013
1100
Xətai, Abşeron, Binəqədi, Xəzər, Tovuz, Qazax və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranıbAzərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün 11 may tarixində saat 10:00-dan saat 18:00-dək “Xırdalan” Qazpaylayıcı Stansiyasından qidalanan “BMSK” orta təzyiqli qaz kəmərində, “Şimal-DRES” Qazpaylayıcı Stansiyasından qidalanan “Sahil” orta təzyiqli qaz kəmərində, “Sulutəpə-Çiçək” qaz ölçü qovşağında, “Qazax” Qazpaylayıcı Stansiyasından, “Quba” Qazpaylayıcı Stansiyasından qidalanan “Quba” ölçü qovşağında, “Ağköynək” və “Tovuz” Avtomatik Qazpaylayıcı Stansiyalarından, həmçinin Xətai rayonunun H.Aslanov qəsəbəsini, A.Qurbanov, S.Əhmədov, M.Davudov və M.Müşfiq küçələrini təbii qazla təmin edən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR