Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
Bütün Xəbərlər
14:15 07.06.2013
1076
Həftəsonu yağmurlu, buludlu hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-20 dərəcə olacaq.
OXŞAR XƏBƏRLƏR