Baş prokuror Zakir Qaralov tərəfindən iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzənrayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected]/* */ poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.