Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
13:42 17.05.2013
714

Evdən çıxarkən çətirinizi götürməyi unutmayın.

Sabah ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Məlumata görə, arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə sabah əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir edəcək.

OXŞAR XƏBƏRLƏR