Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Bütün Xəbərlər
14:41 21.05.2013
872
Yaxın bir neçə gün respublikanın əksər rayonlarında temperaturun əlverişli olması kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR