“Ayrılarmı könül candan?”!!! (KÖŞƏ)

KÖŞƏ
07:36 22.05.2011
4596

Yazının başlığını ele belə yerə seçməmişəm. Dahi şairimiz Səməd Vurğunun bu şeiri bir vətənpərvərlik məktəbidir. Azərbaycanın təbiətini, iqtisadi,siyasi,tarixi coğrafiyasını özündə əks etdirən bu poeziya nümunəsi vətənimiz haqqında çox geniş bilgi mənbəyidir. Şeiri oxuyan hər kəsin qəlbində vətənpərvərlik duyğuları cuşa gəlir. Yox, əslində mənim şeir haqqında nə tərif yazmaq nə də şeiri müzakirə etmək fikrim yoxdur. Bir məqamı da xatırlatmağı özümə borc bilirəm. Ümumilli Lider Heydər Əliyevin bu şeiri deyərək kövrəlməyinin yəqin ki, əksəriyyətiniz şahidi olmusunuz. Görməyənlərə gec də olsa baxmağı və nəticə çıxarmağı məsləhət görürəm. Heç zaman Heydər Əliyevin kövrəlməyini görməmişdim. Əslində bu kövrəklik zəiflik rəmzi deyil. Mənim düşüncə tərzimə görə bu kövrəlik “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam” deyən bir insanın qəlbində alovlanan Azərbaycançılıq,vətənpərvərlikməşəlinin odudur. Bu istiliyi duymaq, hiss etmək isə hər kəsin vətən sevgisinin özünəməxsusluğunun təzahürüdür.

 

Azərbaycan oğlu heç zaman zəif ola bilməz. Çünki tarixin amansız sınaqları, imtahanları belə bizləri zəifliyə məhkum edə bilməyib.Əksinə milli mübarizə ruhunu möhkəmləndirib. Babəklər, Cavanşirlər, Mübarizlər, Fəridlər yurdu daima belə oğlullar yetişdirib. Azərbaycan şeirinə kövrəlməyin özü belə ürəklərin mübarizə, döyüş ruhununmöhkəmliyindən xəbər verir.

Hər zaman Azərbaycanlı olmağı iləfəxr edən bir vətəndaş olaraq idmançılarımızın qalibiyyətinə ürəkdən sevinmişəm. Kövrəldiyim anlar da olub.Yalnız qələbələrdə kövrəlmişəm. Elnur Məmmədlinin qələbəsini xüsusi qeyd etmək istəyirəm. Hətta qardaş türkiyənin futbol qələbələrini də “bir millət iki dövlət” kəlamının hikmətini əsas tutaraq öz qələbəmiz hesab etmişəm.

“Evrovision-2011” mahnı müsabiqəsində qalib gəldik. Azərbaycan bütün dünyaya sübut etdi ki, istənilən sahədə qələbə qazanmağa qadirdi. Artıq dünyanın vətənimizdən uzaqda olan kiçik dövlətləri belə Azərbaycan qələbəsindən xəbərdardır, vətənimizi qalib tanıyırlar. Bu qələbəni eşitdiyim angözlərimdən axan sevinc yaşlarını sildikcə bir anlıq sanki Qarabağ qələbəsini yaşadım. Şuşanın, Ağdamın, Kəlbəcərin azad olma xəbərini eşitdim. Bəlkə də yaşadığım bu an bizə çox yaxın olduğu üçün duyğularım məni əvvəlcədən xəbərdar edir. Qalibiyyətimizbir daha ermənin xainliyini, mənfurluğunu vəAzərbaycan olduğu yerdə onlara ümumiyyətlə yer olmadığını sübut etdi. Onlarsa boyularına aldılar...

Ürəyimdəki sözlərimi, siz oxucularla bölüşmək istədiyim qələbə sevincimi kağız üzərində qaraladıqca nəzərimi tv-nin ekranında bir yazı yayındırdı. Türkiyənin ATV telekanalında bir yazı diqqətimi cəlb elədi. Bir anlıq fikirlərimin, xoş duyğularımın əsirinə çevrildim. “Kardeş zaferi” yazılmışdı və Azərbaycanın Evrovision 2011 qələbəsini təbrik edirdi qardaşlarımız. Özümü təklik, tənhalıq dünyasından çıxaraq minlərlə qardaşlarımın yanında hiss etdim. Türkiyə hər zaman-qələbəmizi də çətin anlarımızı da bizimlə birgə yaşayıb, yanımızda olublar.

Səslənirəm özünü müxalifətçi hesab edən həmvətənlərimizə! Bəlkə siz də bu qələbənin sevincini bizimlə birgə yaşayasınız. İnanıram ki, üzlərinizdə hiss olunmasa da qəlbinizdə sevinirsiniz. Bəlkə də etdiklərinizin rəzalətindən biruzə verməyə utanırsınız. Axı siz də Azərbaycanlısınız. Niyə də sevinməyəsiniz axı? Bəlkə meydanlara çıxıb xoşagəlməz ifadələri Azərbaycanın qələbə şüarları ilə əvəz etmək vaxtıdır. Bəlkə yetər bu lazımsıztəhqirlər, yersiz tənqidlər. Özümüz özümüzə düşmən olmayaq. Bizim bir düşmənimiz var ermənilər. Bir olsaq inanıram ki, tezliklə Qarabağ qələbəsinin də sevincini yaşayacağıq. Bu qələbə damarlarında Azərbaycanlı, Türk qanı axan hər kəsin arzusudur. Sabahın Qarabağ qələbəsi arzusuilə QƏLƏBƏN MÜBARƏK, DOĞMA YURDUM AZƏRBAYCAN!!!

Həsən Elbrusoğlu

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:32 28.11.2021

Sizdə bu əlamətlər varsa, "omikron" ştammına yoluxa bilərsiniz

16:31 28.11.2021

Ermənistanın KTMT fiaskosu: Təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir

16:26 28.11.2021

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü

15:59 28.11.2021

"Azərbaycan rus dilində təhsilə görə MDB-də ilk sıralarda yer tutur" - Deputat

15:49 28.11.2021

Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlandı

15:37 28.11.2021

Zərrin Özər intihara cəhd etdi

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA