Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.AZXEBER.COM-un ARDNŞ-in "Azəriqaz" ASC-yə istinadən verdiyi xəbərə görə, təmir işləri ilə əlaqədar olaraq, 01 may 2013-cü il tarixdə saat 10:00-dan saat 19:00-dək “Xaldan” Qazpaylayıcı Stansiyasından Qəribli kəndinə gedən qaz kəmərində, “Oğuz”, “Şəki”, “Qax”, “Zaqatala”, “Balakən” Qazpaylayıcı stansiyaları, eləcə də “Makov” və “Katex” Qaztənzimləyici məntəqələrindən təbii qaz təchizatı dayandırılacaq.