Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafiklə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb. Dövlət Sosial Müdafiə Fondu Ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, aprel ayının 25-nə qədər pensiyaçıların bank hesablarına ümumilikdə 174 milyon manat keçirilib.Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabında 30 milyon manatdan çox vəsait vardır ki, bu da növbəti aylar üçün pensiyaların maliyyələşdirilməsində istifadə ediləcək.Qeyd olunmalıdır ki, əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı catdırılmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ilin ötən dövrü ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi daim vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin edilib.