Azərbaycanda sürücü maşını sərnişin qatarına vurdu

Azərbaycanda sürücü maşını sərnişin qatarına vurdu
Bütün Xəbərlər
17:07 23.04.2013
842
Ağstafa-Bakı sərnişin qatarına maşın çırpılıb.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat 21.00 radələrində Alakol kəndi ərazisində, qorunmayan keçiddə baş verib.Qovlar qəsəbə sakini İlqar Hüseynov idarə etdiyi "QAZ-3110" markalı avtomaşını Ağstafa-Bakı sərnişin qatarına vurub. Nəticədə xəsarət almış İ.Hüseynovun sərnişini, 25-30 yaşlı qadın hadisə yerində ölüb. Xəsarət almış özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
OXŞAR XƏBƏRLƏR