Qar yağacaq

Qar yağacaq
Bütün Xəbərlər
14:36 19.04.2013
1072
Respublikanın əksər rayonlarında aprelin 24-dək gözlənilən iqlim normasından aşağı temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək. Belə hava şəraiti bir çox aran rayonlarında torpaqda kifayət qədər istilik çatışmazlığı yaratmaqla çiyid və qarğıdalı səpinini gecikdirəcək. Bəzi yerlərdə intensiv yağıntılar, dağətəyi rayonlarda gecə temperaturun mənfi hədlərə enmə ehtimalı meyvə ağacları üçün çiçəklənmə şəraitini çətinləşdirəcək. Lakin yağıntılar torpağın nəmlənmə şəraitini yaxşılaşdıraraq payızlıq dənli əkinlərdə, çəmənlik və qışlaqlarda ot örtüyünün gələcəkdə boy atmasına müsbət təsir edə bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında aprelin 20-də hava şəraitinin cənub və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, axşam yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənillir. Şərq küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR