Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?
Bütün Xəbərlər
17:24 17.04.2013
13130

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.Faktiki müşahidə olunmuş hava şəraiti ilə bağlı bildirilib ki, aprelin 16-sı gün ərzində, 17-si gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişilmiş, əksər rayonlarda yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb.Ən çox düşən yağıntının miqdarı Ağcabədidə 45mm, Ağstafada 26 mm, Astarada 24 mm, Zaqatala, Balakəndə 19 mm, Oğuzda 18 mm, Qəbələdə 17 mm, Kişçayda (Şəki) 15 mm, Sarıbaş (Qax), Altıağac, Şəkidə 14 mm, İlisuda 13 mm, Lənkəran, Şamaxıda 12 mm, Xınalıq, Gədəbəydə 11 mm təşkil etmiş, digər rayonlarda isə 1-9 mm olub. Bakıda və Abşeron yarımadasında isə düşən yağıntının miqdarı 1-8 mm təşkil edib.Şamaxı Regional Meteoroloji Stansiyasının məlumatına əsasən, aprelin 17-si gecə saat 05:00 radələrindən başlayaraq Şamaxı və onun ətraf ərazilərində aramsız yağıntılar düşüb, bəzi yerlərə sulu qar, təxminən 1000 metrdən yuxarı ərazilərə isə qar yağıb, qarın qalınlığı 1-2 sm təşkil edib, çaylarda sululuq artıb.Əmələ gəlmiş qar örtüyünün hündürlüyü Xınalıqda 18 sm, Sarıbaşda 8 sm, İlisuda 6 sm, Kişçayda 3 sm, Gədəbəydə 1 sm, Qubanın dağlıq ərazilərində 10-15 sm təşkil edib.Şimal-qərb küləyi Biləsuvarda 22 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Şəmkir və Naftalanda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib