Azərbaycanda ətin qiyməti bahalaşdı

Azərbaycanda ətin qiyməti bahalaşdı
Bütün Xəbərlər
12:21 15.04.2013
1517
Mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.AZXEBER.COM-un Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,4 faiz, kartofun 0,2 faiz, göyərtilərin 0,7 faiz, pomidorun 0,5 faiz, balqabağın 3,1 faiz, baş sarımsağın 0,1 faiz, quru otun 3,2 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşmış, arpanın istehsalçı qiymətləri 0,7 faiz, kələmin 2,1 faiz, xiyarın 0,8 faiz, baş soğanın 0,1 faiz, cəfərinin istehsalçı qiymətləri isə 4,5 faiz bahalaşıb.Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,2 faiz, naringinin 6,7 faiz, almanın 2,7 faiz, şabalıdın 3,2 faiz, fındığın istehsalçı qiymətləri 1,0 faiz bahalaşmış, qozun istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 3,2 faiz, südün 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri 5,7 faiz bahalaşıb.
OXŞAR XƏBƏRLƏR