Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?
Bütün Xəbərlər
13:41 15.04.2013
1386
Aprelin 16-sı axşamdan 19-dək Abşeron rayonunda arabir güclənən xəzri küləklərinin üstünlüyü, hava temperaturunun ötən günlərə nisbətən aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Buludluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 12-17 dərəcə təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR