Türkiyədə sərxoş olan 34 yaşlı kişi, özündən 13 yaş böyük olan həyat yoldaşının başında taxta stul qıraraq xəstəxanalıq edib. AZXEBER.COM-un məlumatına görə, spirtli içki qəbul edən kişi, həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı 2 uşağının gözü qarşısında həyat yoldaşının başına taxta stulla vuran kişi, qadını xəstəxanalıq edib. Hadisəyə şahidlik edən uşaqlar isə, atalarının davamlı spirtli içki qəbul edərək, analarına işgəncə verdiyini bildiriblər. Qeyd edək ki, 34 yaşlı kişi polis tərəfindən həbs edilib.
Ozal İbrahimli