Röya onun adını yazan jurnalisti axtarır

ŞOU-BİZNES
11:51 05.03.2011
1733

Xəbər bundan ibarətdir ki, Röyanın qaynatası - Çingiz Cəlilov bankrot olub. KİV-in iddiasına görə "Çudo-Peçka" mağazalar şəbəkəsinin sahibi əmlakını banka girov qoyub. Səbəb kimi onun bu sahədə yaradılmış yeni restoran şəbəkələri ilə rəqabət apara bilməməsi göstərilir. Xəbər iqtisadi xarakter daşısa da, məqalədə Röyanın adı hallanır və bu da müğənninin prodüsseri Kənan Bayramovu qəzəbləndirib:

"Məlum olduğu kimi, Röya bir neçə ay əvvəl KİV-lərə onun barəsində məlumat yazmağı qadağan etmişdi. Bu kimi məqalələrin dərc olunması çox xoşagəlməzdir və heç bir əhəmiyyət daşımır. Tamaşaçılar görürlər ki, Röya son günlər telekanallarla münasibətini dəyişib. Artıq bir neçə verilişdə iştirak edib. Və mən bir prodüsser kimi, çalışıram ki, onun jurnalistlərlə heç bir problemi olmasın. Axı bu onun şəxsi həyatıdır. Röyaya aidiyyəti olmayan məsələlərdə adının hallanması isə yersizdir".

Prodüsserin sözlərinə görə, onlar bu məlumatları mətbuatda yerləşdirənlərin kimliyini araşdırıb, məhkəməyə verəcəklər: "Əmin olun ki, bu dezinformatorlardan birini məhkəməyə versək, hər şey qaydasına düşəcək. Yəni, əgər məhkəmə onların yalan informasiya yaymasını sübuta yetirsə, ikinci dəfə onlar bu səhvi təkrarlamayacaqlar. Qoy başqaları da buna cəhd göstərməsinlər. Sizin vasitənizlə bəyan edirəm ki, bu məsələ bizim tərəfimizdən araşdırılacaq və biz bunu belə qoymayacağıq".

 

OXŞAR XƏBƏRLƏR