Ən çox qeybəti edilən 4 BÜRC

Ən çox qeybəti edilən 4 BÜRC
MARAQLI
15:33 29.07.2025
774
Astroloq Rəşad Hacıyev sosial media hesabında paylaşdığı açıqlamada ən çox qeybəti edilən bürcləri sıralayıb.
 
AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə, bəzi bürclər daim diqqət mərkəzində olur və bu səbəbdən tez-tez qısaqnanların hədəfinə çevrilir.

Hacıyev dördüncü yerdə Əkizlər bürcünü qeyd edib. Onun sözlərinə görə, Əkizlər bürcü nümayəndələri ağıllı, çevik və situasiyalardan ustalıqla çıxma bacarığına sahibdirlər. Bu səbəbdən də tez-tez qısqanılır və barələrində qeybət edilir:

"Əkizlər həqiqətən qeybət ediləsi bürclərdəndir. Onların inanılmaz zəka və çevik düşüncə qabiliyyəti var. Hər zaman nədənsə dörd ayaq üstə düşməyi bacarırlar. Problemləri asanlıqla həll edir, insanların sevgisini qazanırlar. Bu da onları qeybət mövzusuna çevirir.”

Üçüncü yeri isə Oğlaq bürcü tutur. Astroloq bildirir ki, Oğlaqlar uğurları və məqsədyönlü davranışları ilə seçilirlər:

"Oğlaqlar uğura fokuslanan, irəliləməyə çalışan insanlardır. Başqalarının fikrindən çox öz məqsədlərinə diqqət yetirirlər. Bu isə onları bəzilərinin qısqanmasına və qeybət etməsinə səbəb olur.”

İkinci pillədə isə Əqrəb bürcü qərarlaşıb. Hacıyevin fikrincə, Əqrəblərin gücü və iradəsi onları həm diqqət mərkəzində saxlayır, həm də söz-söhbətlərə səbəb olur:

"Əqrəblər girdikləri işdə zirvəyə qalxmağı bacarırlar. Güclü, cazibədar, təsiredici və eyni zamanda soyuq görünən bu bürc nümayəndələri ətrafdakılarda həm heyranlıq, həm də qısqanclıq doğurur. Bu da onlara qarşı yayılan söz-söhbətlərin əsas səbəbidir.”

Ən çox qeybəti edilən bürc isə Şir bürcü olub. Rəşad Hacıyevin sözlərinə görə, Şir bürcü nümayəndələrinin parlaq görünüşü, uğurları və özünə inamı onları diqqət mərkəzinə salır:

"Şir bürcü parlaq, özünü göstərməyi bacaran və uğurlu insanlardır. Onlar hər zaman sevilən və şanslı olurlar. Bu da onları qısqanclıq obyektinə çevirir və haqqılarında tez-tez danışılmasına səbəb olur.”

Astroloq sonda vurğulayıb ki, bu dörd bürc təkcə qeybət edilən deyil, eyni zamanda qeybət edənlərin də diqqətini çəkən güclü xarakterlərə malikdir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO