Bu ölkədə bütün aviareyslər ləğv edilir

Bu ölkədə bütün aviareyslər ləğv edilir
DÜNYA
09:28 23.11.2026
78
Belçikada noyabrın 23-də keçiriləcək ümummilli tətil səbəbindən Brüssel və Şarlerua hava limanlarında aviareyslər ləğv ediləcək.

Bu barədə "Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, hava hərəkəti dispetçerlərinin tətilə qoşulması ilə əlaqədar yerli vaxtla saat 07:00-dan 21:00-dək hər iki hava limanında uçuşlar həyata keçirilməyəcək.

Belçikanın hava hərəkətinin idarə olunması xidməti "Skeyes” açıqlayıb ki, əməkdaş çatışmazlığı səbəbindən göstərilən saatlarda hava nəqliyyatının normal fəaliyyətini təmin etmək mümkün olmayacaq.

Ümummilli tətil ölkənin əsas həmkarlar ittifaqları tərəfindən Baş nazir Bart De Vever hökumətinin dövlət xərclərinin azaldılması siyasətinə və iqtisadi islahatlarına etiraz olaraq təşkil edilib.

Tətil səbəbindən Brüsseldə ictimai nəqliyyatın fəaliyyətində də ciddi fasilələrin yaranacağı gözlənilir.

Sərnişinlərə uçuşlarının vəziyyətini əvvəlcədən aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunub.

///Teleqraf
OXŞAR XƏBƏRLƏR