Üz-gözü əzilmiş, üst-başı cırıq-sökük Juventus oyunçuları Turində,Corso Lombardia, 194 ünvanında nə gəzirdilər?Əlində top, çiynində idman çantasıağ-qaralıJeepWrangler-indən düşüb həvəslə bu ünvana gələn Andrea Pirlo-nun sir-sifətinikim belə“bəzədi”? Planetin ən yaxşı oyunçularından biri niyə özünü bu hala salmağa imkan verdi?Pogba niyə“silahdaşlarını” duelə çağırdı?
Azarkeşlər Bavariya ilə oyunu səbirsizliklə gözləməkdəykən, Juve İtaliyanın ən güclüsü, Avropanın isə 8 ən yaxşı komandasından biri olmasını bilir. Doğrudur, bəzi “ağzıgöyçəklər”proqnozuna görə, JuveÇempionlar Liqasında maksimum yarımfinala qədər irəliləyə bilər. O da əgər Bavariyanı udsa… Amma turinlilərəmindirlər ki,onları heç nə dayandıra bilməz!
Yeni JeepWrangler-inreklam çarxında Juve oyunçuları bunu deyirlər. Lakinözlərini göstərməyə macal tapmırlar. Bəs yarımmüdafiəçilər Andrea Pirlo, Paul Labile Pogba, Arturo Vidal və Claudio Marchisio,müdafiəçilər Giorgio Chiellini və Andrea Barzagli, qapıçı Gianluigi Buffon və hücumçu Mirko Vucinicin qabağında top oynatmağa cəsarəti çatan gənc kimdir elə?