Mükafat alanlar arasında universitetin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da olub. O, BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə «İlin ən fəal şöbə müdiri» fəxri adı ilə təltif edilib. P. İbrahimovaya mükafatı BDU-nun rektoru Abel Məhərrəmov təqdim edib.