Portuqaliyanın baş məşqçisi azərbaycanlı jurnalistlərə hörmətsizlik etdi

MAQAZİN
23:02 25.03.2013
2776

"Biz Azərbaycanla oyunda məğlubiyyət haqda heç düşünmürük” Sabah DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Paulo Bento bu gün təşkil elədiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərə qarşı hörmətsizlik edib. O, konfrans başlayan kimi yalnız öz həmyerliləri ilə tərcüməçisiz danışmağa qərar verib. Azərbaycanlı jurnalistlər sualların tərcumə olunmasına təkid etsələr də, istəklərinə nail ola bilməyiblər. Bu səbəbdən onlardan bir qrupu mətbuat konfrasını tərk edib. Daha sonra Bento baş verən bu xoşagəlməz olay haqda danışmaq istəməyib və sabahkı oyunla bunları bildirib: "Sabah biz yaxşı müdafiə olunan bir komandaya qarşı oynayacağıq. Portuqaliyada bunu görmüşük. Buna görə bizə çox çətin olacaq. Üstəlik, Azərbaycan öz azarkeşlərin dəstəyi altında oynayacaq. Buna görə də ikiqat konsetrasiya olunub, qələbə üçün əlimizdən gələni edəcəyik. Biz Azərbaycanla oyunda məğlubiyyət haqda heç düşünmürük”. Təcrübəli çalışdırıcı Ronaldo və Naninin Azərbaycana qarşı oynamaması ilə bağlı verilən suala belə cavab verib: "Onlar komandamız üçün önəmli oyunçulardı. Ancaq biz bir komandayıq, iki futbolçudan asılı deyilik. Komandada olanlar Ronaldo, Nanini əvəzləməyə hazırdılar".(futbolpress.az)

OXŞAR XƏBƏRLƏR