“Yahşi Cazibe”də Azərbaycana sürpriz bayraq jesti (VİDEO)

MARAQLI
06:49 22.05.2011
2238

Serialın 46-cı seriyasının ssenarisinə görə, Cazibənin ad günü münasibətilə aktyor Hakan Yılmazın canlandırdığı Kamal ona sürpriz etmək istəyir. Cazibənin onu Türkiyədə gözlədiyi bir vaxtda Kamal ona sürpriz hazırlayır və Bakıya səfər edir. Kamal Bakıdan, Cazibənin xalasının evindən çəkilmi. görüntülər olan diski Türkiyəyə göndərir və Cazibə çoxdan görmədiyi qohumlarını görür. Və… Kamal Azərbaycanı “Eurovision-2011” müsiqi müspabiqəsindəki qələbə münasibətilə təbrik edir, çəkiliş meydançasında Azərbaycan bayrağı açılır. 

Qeyd edək ki, bu, “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın Düsseldorf səhnəsinə Türkiyə bayrağı ilə çıxmasına, bayrağı öpməsinə cavab jesti kimi qiymətləndirilir.

 

 

OXŞAR XƏBƏRLƏR