Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin digər cavab görüşləri keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutacaq.
Türkiyənin "Fənərbaxça" klubu da "play-off"a vəsiqə qazana bilər. Lakin İstanbul təmsilçisi bunun üçün "Vasluy" (Rumıniya) səddini keçməlidir. İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından cütün taleyinə məhz Rumıniyada aydınlıq gələcək.
Qeyd edək ki, "play-off" mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə bir həftə sonra 28-29 avqustda keçiriləcək.