Güləşçimiz erməniyə uduzdu

İDMAN
21:08 05.08.2012
2222

Daha bir yunan-Roma güləşçimiz Londonda mübarizəyə başlayıb. Emin Əhmədov olimpiadada ilk görüşünü keçirib.

74 kq çəki dərəcəsində yarışan idmançımız 1/16 final mərhələsindən azad olunub və 1/8 finalda xorvat Neven Zuqajlanı sınağa çəkib. 5:0 hesablı qələbə qajanan Əhmədov 1/4 finala çıxıb.

Emin növbəti mərhələdə gürcü Zurab Datunaşvilini sınağa çəkib. Əhmədov gürcü rəqibini də sıradan çıxararaq, yarımfinala adlayıb.

1/2 finalda Emin Ermənistanın idmançısı Arsen Culfalakyanla qarşılaşıb. Təəssüf ki, təmsilçimiz düşmən ölkə idmançısına yenilərək, finala çıxa bilməyib.

Emin bürünc medal uğrunda yarışacaq.Son döyüşündə güləşçimiz litvalı Aleksandr Kazakeviçlə münasibətinə aydınlıq gətirəcək. Görüş 21.54-də start götürəcək.

OXŞAR XƏBƏRLƏR