Ağır yol qəzası: 3 nəfər yaralandı

Ağır yol qəzası: 3 nəfər yaralandı
Bütün Xəbərlər
10:11 19.02.2013
746
Gecə paytaxtın Nəsimi rayonu ərazində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza Mirəli Qaşqay və Feyzulla Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı 21 yaşlı Abbasova Nərmin Mübariz qızına məxsus “Hyundai” markalı minik avtmobili ilə Əliyev Rafiq Cəlal oğluna məxsus digər “Hyundai” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində sürücü Rafiq Əliyev, xanım sürücünün idarə etdiyi avtomaşında olan iki sərnişin 24 yaşlı Kərimova Sevinc Cahingir qızı və 23 yaşlı Məmmədova Ayşən İlqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı insanların köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
OXŞAR XƏBƏRLƏR