Dünyaca məşhur müğənninin qızının ilk fotosu yayıldı - FOTO
Bütün Xəbərlər
16:55 18.02.2013
2598
Dünya ulduzu Beyonsun düz bir il qızı Blyu Ayvini pərəstişkarlardan və jurnalistlərdən gizlətdi. İfaçı yalnız qızının üzünün görünmədiyi fotoları dərc edirdi.AZXEBER.COM-un məlumatına görə, dünən internetdə qızcığazın ilk fotosu yayılıb. Şəkil Beyonsun həyat və yaradıcılığından bəhs edən "Life Is But A Dream" sənədli filmindın götürülüb. Şəkilə nəzər saldıqda balaca qız atası - repçi Cey Ziyə oxşadığı görünür. Qızın yalnız gözləri anasına bənzəyir."Life Is But A Dream" adlı avtobioqrafik filmə təkcə Beyonsun qızı ilə tanışlıq üçün baxmaq lazım deyil. Burada müğənni özünün uğursuz hamiləliyindən danışıb.Beyonsun sözlərinə görə, musiqi ona bu acının öhdəsindən gəlməkdə yardımçı olub. Məhz bu zamanlarda o, ən qəmli mahnılarını yazıb.