'Əgər mən saçlarımı rəngləsəm, bığlarımı kəsdirib yerinə pudra vursam, dırnaqlarımı laklasam ...' - AÇIQLAMA

Bütün Xəbərlər
14:40 18.02.2013
1657
Əli Mirəliyev od püskürdü.Son zamanlar bəzi yaşlı kişi müğənnilərinin xarici görünüşlərində etdikləri dəyişiklərlə bağlı Əli Mirəliyev AZXEBER.COM-a danışıb. 
O bu haqda deyib: “Gəlin belə danışaq. Əgər mən saçlarımı rəngləsəm, bığlarımı kəsdirib yerinə pudra vursam, dırnaqlarımı laklasam, ailəmin qarşısına hansı üzlə çıxaram. Bunları edən müğənnilərimiz nə düşünürlər? Hər yaşın öz gözəlliyi var. Fərqi yoxdur gənc və ya yaşlı. Bizim şou-biznesdə belə müğənnilər çoxdur. Mən onlara ar olsun deyirəm. Bizim karifey sənətkarlarımız olub. Onların hansı saç əkdirib? Hansı saçlarına rəng qoyub? Çünki onlar əsl kişi olublar. İndiki zəmanədə gənclərimizə və bəzi yaşlı müğənnilərə baxdıqda, bilmirsən oğlandır ya qız” .Müğənni bununla da kifayətlənməyərək, “Mən də yaşlı bir nəsilin nümayəndəsiyəm. Gələcək nəsilə örnək olmaq üçün, bu cür kişiyə yaraşmayan hərəkətləri etmirəm. Onlar necə örnək olacaqlar?”deyərək öz iradlarını bildirib.
Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR