ATV-nin əməkdaşına Funda Arardan duet təklifi - FOTOLAR

ATV-nin əməkdaşına Funda Arardan duet təklifi - FOTOLAR
Bütün Xəbərlər
10:14 16.02.2013
3861
Azad Azərbaycan Televiziyasında yayımlanan "ATV MAQAZİN" verlişinin müxbiri Vüqar Kamiloğlu bu haqda ilk dəfə AZXEBER.COM-a danışıb.Uşağlıqdan musiqi ilə məşğul olan Vüqar Bülbül adına orta ixtisas məktəbinin məzunudur. Aparıcının müəllimi Əlibaba Məmmədov olub. Vüqarın açıqlamasına görə,muğam dərslərini Əlibaba Məmmədovdan alan aparıcı daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Burda isə aparıcı Mələkxanım Eyyubova və İslam Rzayevdən dərs alıb. Açıqlamasında Vüqar onuda bildirib ki,bir çox musiqi müsabiqələrində (7-17,Sübh Şəfəqləri, Qızıl Payız) iştirakçı olub. Daha sonra bəzi səbəblərdən Bakı Dövlət Universitetinin "Jurnalistika" fakultəsinə daxil olan müğənni, özünü daha çox jurnalist kimi sınayıb. Bir çox qəzet və jurnallarda,daha sonra Ans Televiziyasında müxbir işləyən aparıcı hal-hazırda ölkənin ən reytinqli şou verlişi olan ATV Maqazin verlişində müxbir işləyir. Vüqar ekslyuziv açıqlamasında onu da bildirib ki, bir neçə aydan sonra aparıcı böyük sıçrayış edəcək. Bu günlərdə Türkiyəyə yola düşən Vüqar, Türkiyənin məhşur ifaçısı Funda Ararla birlikdə duet hazırlayır. Təklifin isə Funda Arardan gəldiyini açıqlayan aparıcı bu layihənin uğurlu olacaqına inanır.Qeyd edək ki, Vüqar eyni zamanda musiqişunas və nəzəriyyəçidir.Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR