Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva öz mahnılarını yerli müğənnilərə ifa etməyə qadağa qoydu. Xalq artisti səsi olmayan insanların onun mahnılarını bərbad halda oxumasından gileyləndi: “Mən hələ sag-və salamatam, öləndən sonra mahnılarımı oxuyarlar. Məndən yaxşı oxusalar başımı kəsərəm. Mahnılarıma təcavüz edənlərin heç oxumaqdan başları belə cıxmır. Mən oxuduğum əsərlərə öz möhürümü vururam”.