Lənkəranda tiryəkxana aşkarlandı

Lənkəranda tiryəkxana aşkarlandı
Bütün Xəbərlər
17:04 14.02.2013
1103

Lənkəran şəhərindəki evlərin birində tiryəkxana aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilib.Evdə onun özünün, rayon sakinləri Əliağa Əliyev, Azər Qurbanov, Fərhad Nuriyevin və Lerik rayon sakini Vüsal Həbibullayevin inyeksiya yol ilə geroin məhlulu qəbul etmələri aşkar edilib və onlar saxlanılıblar.Evə baxış amanı 452,709 qram geroin, 50 ədəd istifadə edilmiş, 30 ədəd istifadə edilməmiş birdəfəlik şpris və narkotik məhlul hazırlamaq üçün qablar aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR