Bakıda zəncirvari qəza: yaralananlar var

Bakıda zəncirvari qəza: yaralananlar var
Bütün Xəbərlər
08:42 14.02.2013
739
Bir qədər əvvəl Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un məlumatına görə, Şamaxı-Bakı magistralının 119-cu kilometrliyində, Bakının Sulutəpə qəsəbəsi ərazisində sərnişin avtobusu, “Shacman” markalı yük avtomobili və təcili tibbi yardım maşını toqquşub. Sərnişin avtobusunun boş olduğu və qaraja getdiyi bildirilir. Qəza nəticəsində təcili tibbi yardım maşınında iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar və şəxsiyyətləri dəqiqləşdirilir.
Fidan
OXŞAR XƏBƏRLƏR