ANS PRESS-in müğənninin yaxın ətrafından aldığımız məlumata görə, Səmayə öz əmisi oğluna, yəni Manaf Ağayevin qardaşı oğluna ərə gedib.Bəyin adı Novruzdur. "Azəristar" yarışmasının iştirakçısı olan Novruz Ağayev müğənnilik fəaliyyəti ilə məşğuldur. Manaf Ağayev isə ANS PRESS-ə açıqlamasında xəbəri təsdiq etmədi. Onun sözlərinə görə, bu, sadəcə olaraq şayiədir. Qeyd edək ki, Səmayə birinci həyat yoldaşı ilə Füzuli Rayon Məhkəməsində boşanıb.