Bakı Metropolitenində taksofonların quraşdırlması istiqamətində işlər aparılır. AZXEBER.COM-un məlumatına görə, bu barədə day.az saytına Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şöbə müdiri Hikmət Ağayev bildirib. Onun sözlərinə görə, bu telefonlar dəmir pullar və kartlar ilə işləyəcək.“Aparatlar artıq “Memar Əcəmi” və digər stansiyalarda quraşdırılıb. Taksofonların quraşdırılması işi təkcə metropoliten ərazisində deyil, Bakının digər yerlərində də həyata keçirilir”, - Ağayev vurğulayıb və əlavə edib ki, iyun ayında Çin istehsalı olan 80 ədəd yeni taksofon Bakıya gətirilib.“Şəhərin ərazisində 70-ə yaxın taksofon quraşdırılıb. Bu ayın sonuna qədər bu işi tamamlamağı düşünürük. Bu işlər Bakının kəndlərində də həyata keçirilir”, - o qeyd edib.