Bakıda polis bıçaqlandı

DÜNYA
10:15 14.06.2012
1971
Ötən gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində polis bıçaqlanıb. Rayon Polis İdarəsinin 33-cü polis bölməsindən ANS-ə verilən məlumata görə, Suraxanı rayonu ərazisində Xətai rayon 34-cü polis bölməsinin əməliyyat müvəkkili 1982-ci il təvəllüdlü Rəşad Aydın oğlu Süleymanov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bıçaqlanan Rəşad Süleymanov ağır vəziyyətdə Su-Tikinti Xəstəxanasına yerləşdirilib. Polis İdarəsi cinayəti törədən şəxsin tutulması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, yaralı saat 05:00 radələrində Su-Tikinti Xəstəxanasından 3 saylı Sabunçu xəstəxanasına köçürülüb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR