Siqaretin faydaları

Siqaretin faydaları
MARAQLI
20:08 29.12.2010
6307

Sən demə, siqaretin faydaları saymaqla bitmirmiş. Əvvəlcə, dünyada milyonlarla insanı əsirinə çevirən, əsrlərdir cəmiyyətimizin ən sadiq “dostu” olan siqaretin həyatımıza necə daxil olduğuna qısaca nəzər salaq. 1492-ci ildə Xristofor Kolumb Amerikanı kəşf etdiyi zaman yerli xalqın istifadə etdiyi tütünü yeni dünyadan köhnə dünyaya gətirib. 1493-cü ildə ilk dəfə İspaniyanın Barselona şəhərinə çatan tütün çox böyük sürətlə Avropada yayılmağa başlayır və milyonlarla insanı “zəbt” edir. Bundan xeyli narahat olan bəzi ölkələr, xüsusilə də XVI, XVII əsrlərdə tütünə qarşı mübarizə aparıb, bu mövzuda çoxlu mübahisələr ortaya çıxıb. Hətta İspaniyadakı dini məhkəmələr tütün istifadəçilərini yandırıb. Osmanlı imperatoru IV Murad verdiyi “kim tütündən istifadə etsə, boynu vurulacaq” əmri ilə 1000-ə yaxın insanı edam edib. Bütün bunlara baxmayaraq, tütün sürətlə yayılırdı. Sonrakı dövrlərdə tütündən hətta dərman kimi istifadə edənlər də tapılıb. Fransa kraliçasının həkimi öz adını verdiyi, tütünün əsas tərkib hissəsi olan nikotinin baş ağrısına kömək olduğu fikrini irəli sürüb.
“Zərərləri haqqında neçə cild kitab, minlərlə məqalə yazılan, internetdə saytlar qurulub, klinikalar açılan, bir sözlə həkim və mütəxəssislərlə ulduzu heç cür barışmayan siqaretin faydaları nələrdir?” sualına cavab üçün araşdırma apararkən öyrəndiklərimi oxucularla bölüşmək istəyirəm. Bəri başdan “heç siqaretin də faydası olar?” deməyin. Buyurun, bunlar da dəfələrlə pislənən, “böhtanlar”a məruz qalan siqaretin faydaldarı:
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğrular siqaret istifadəçilərinin evlərinə girməyə cəsarət etmirlər. Çünki bu cür insanlar səhərə qədər öskürdükləri üçün, gecənin yarıdan çoxunu oyaq keçirirlər. Bu da, məlum məsələdir ki, oğrulara sərf etmir.
Bu insanların üzərlərinə milçək, ağcaqanad kimi həşəratlar qonmazlar. Çünki kəskin şəkildə nikotin iyi verərlər.
İlan, əqrəb kimi zəhərli heyvanların siqaret istifadəçiləri üçün heç bir təhlükəsi yoxdu, çünki onların bədənindəki zəhər ilanın zəhərindən daha güclü və daha təsirlidir.
Siqaret istifadəçilərinin üzü, digər insanların üzündən daha rəngarəng olar. Çünki siqaretin təsirindən bığları və dişləri saprsarı saralır.
Bu cür insanlar qocalmazlar. Çünki elə gənc yaşlarından ALLAH dərgahına qovuşarlar.
Bədənləri quş kimi yüngül olar; çünki sonrakı dövrlərdə yaranan qan dövranı pozğunluğu nəticəsində əvvəlcə barmaqları, sonra da əl və ayaqları kəsilər.
Siqaret istifadəçiləri işdən boyun qaçıranda və ya ürəkləri sıxılanda siqaret qutularının üzərindəki yazıları oxuyaraq vaxt öldürə bilər və ya boş vaxtlarını xeyli “səmərəli şəkildə” doldura bilərlər.
Bu insanlar cibdə ağırlıq yaradan qəpikləri siqaretə xərcləyərək əlavə yükdən qurtularlar...
Bunlar hələ mənim tapa bildiklərimdi. Əmin olun ki, “sadiq dostumuzun faydalı xüsusiyyətləri” daha çoxdur.

P.S. Səhiyyə Nazirilyi xəbərdarlıq edir: “Siqaret çəkmək sizin sağlamlığınız üçün təhlükəlidir...”
 
Günay SADIQZADƏ, 525-ci qezet

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü