Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Bütün Xəbərlər
07:09 17.09.2012
734
AZXEBER.COM-un AzərTAc-a istinadən bildirir ki,Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Temperaturun gecə 14-19, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.Temperaturun gecə 12-17, gündüz 23-28 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.Temperaturun gecə 16-20, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR