AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə Abdulov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib və avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat səhər saat 07:17-də başa çatıb.Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.