Elşən Musayev: ''Bu günün gəncliyi 20, 30 il bundan öncənin gəncliyi deyil' - AÇIQLAMA

Elşən Musayev:
Bütün Xəbərlər
12:41 07.02.2013
998

Millətin tale yüklü məsələləri, Əkrəm Əylislinin ermənipərəst romanı qalıb bir yanda, bunlar Rüstəm İbrahimbəyova ad günü edir, banket düzənləyir, hələ arada vaxt tapıb əndrabadı hərəkat da yaradır.

Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Ziyalılar forumu” adalanan qurumun elan etdiyi və anonsunu vermiş olduğu “EL” hərəkatına münasibət bildirərkən söyləyib.Politoloq daha sonra bunları söyləyib:“Təklif edirəm ki, həmin hərəkata “Ziyalılar forumu”nun əsl siması olan Əkrəm Əylislinin ağlında, ruhunda, xislətində olan biriləri cəlb olunsun.Özlərini gərgin və kritik anda deyil, elə indidən sakit vaxtda bəlli etsinlər. Kimin hara işlədiyi, hansı mənsəbə qulluq elədiyi yerindəcə müəyyənləşsin, aydınlaşsın.Amma ilk öncə bir dəqiqləşdirmə aparsınlar görək, bu insanlar ümumiyyətlə siyasətlə məşğul olmağa qərarlıdır yox sa yox. Çünki məsələn, İbrahimbəyov hər gün fərqli “hava”ya girib axşam yuxulu-yuxulu bir bəyənat verir, səhərsə tam başqa.Gah deyirlər siyasətdən uzağıq, gah da məlum olur ki, seçkilərdə öz namizədləri ilə çıxış edəcəkmişlər!...İndi, anonsunu verdikləri hərəkat da təxminən buna bənzər bir şey. Özü də adını qoyublar gənclər hərəkatı! O zaman sual edirəm: Hansı gənclərin hərəkatı?!Bu məqamda bilirsinizmi nəyi xatırladım? Əkrəm Əylislinin öz övladına xitabən söylədiyi “O heç bir zaman mənim siyasi xəttimi, mövqeyimi dəstəkləməyib” - fikrini!Mən əminəm. Əminəm ki, bu gün ziyalıların deyil, iqtidardan küskünlərin toplusu olan həmin forum üzvlərinin heç övladları belə onları dəstəkləmir. O ki qala, hələ kənardan cəlb ediləcək insanlar! Çünki, onlar da anlayır ki, öz valideynlərini bu günlərə gətirib çatdıran, özlərinin keyfiyyətli təhsil almasını, problemsiz həyat sürməsini təmin edən də elə məhz mövcud iqtidar olub!Və ya, məqsədi, məramı bəlli olmayan bir hərəkatın anonsunu verən “başbilən”lər Azərbaycan gəncliyini bu qədərmi avam hesab edir?! Onlara sual verən olmayacaqmı ki, tutaq , ay Eldar Namazov sən bu iqtidarın komandasında 10 il, 15 il “papka”daşıyarkən niyə demokrat ola bilmədin? İndi söylədiyin həqiqətlər illər sonra yuxunamı girib ayıltdı səni? Yoxsa nə?!Ya da Rüstəmbəyov. Kefin saz, qardaşın deputat ikən səsinin çıxmama nədəni nə idi?! Vətənpərvərlik, milli ruh, ədalət anlayışı bahalı villaların kandarındamı gizlənmişdi?!Hərəkat yaratmağa israrlıdırlarsa, o zaman bu sualların cavabına da hazır olsunlar! Və həm də, bəlli bir həqiqəti beyinlərinə pərçimləsinlər ki, bu günün gəncliyi 20 il, 30 il bundan öncənin gəncliyi deyil. Tamamən yetkin bir durumdadır. Bütün reallıqları görən, analiz edən, dəyərləndirməyi bacaran bir mərhələdədir.Hansısa “girdirmə” hərəkata, pafosa, nağıllara, siyasi romantikaya uymayacaq qədər ağıllıdır. Ən azından böyük əksəriyyət haqda bu fikirləri tam əminliklə söyləmək olar”.

OXŞAR XƏBƏRLƏR