Nazirlik dəhşətli qəza ilə bağlı açıqlama yaydı - RƏSMİ

Nazirlik dəhşətli qəza ilə bağlı açıqlama yaydı -  RƏSMİ
Bütün Xəbərlər
14:14 06.02.2013
2731

Daxili İşlər Nazirliyi 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı açıqlama yayıb. Fevralın 5-də saat 15.30 radələrində Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində, Biləsuvar şəhər sakini Rüstəm Bayramovun idarə etdiyi "Mercedes" və rayon sakini Rafiq Vahidovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşub. AZXEBER.COM DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə R. Bayramovun sərnişinləri Müşfiq Abseyinov, Saməddin Əsgərov, Samir Əliyev oğlu və Raul İbayev, habelə R. Vahidovun sərnişini Vidadi Əliyev hadisə yerində ölüb, xəsarət alan hər 2 sürücü və Vidadi Əliyevin qızı 6 yaşlı Ayşən xəstəxanaya yerləşdiriliblər. Uşağa tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə ağırdır.

OXŞAR XƏBƏRLƏR