Tərtərdə keçirilən əməliyyatla bağlı məlumat yayıldı

Tərtərdə keçirilən əməliyyatla bağlı məlumat yayıldı
Bütün Xəbərlər
13:08 07.02.2013
1398

Daxili İşlər Nazirliyi Tərtər rayonunda keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənAZXEBER.COM-a verilən məlumata görə, DİN əməkdaşları tərəfindən daha bir kriminal dəstənin zərərsizəşdirilməsi istiqamətində Tərtər rayonunda əməliyyat keçirilib.

Nəticədə dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib.

Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR