“Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə.
Bu gün “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən E.Fətullayev bildirib ki, Azərbaycanda bir çox hüquq müdafiəçiləri tədqiqatlar, araşdırmalar aparır: “İndiyə kimi hər kəs sərbəst şəkildə araşdırma aparıb. Heç kim də buna mane olmayıb. Biz də Almaniya ilə bağlı bir monitorinq keçirdik. “Niyə məhz Almaniya?” sualına cavab olaraq bildirim ki, Almaniya, fikrimcə, Avropanın ən demokratik və inkişaf etmiş ölkəsidir. Bunun üçün də monitorinqimizə Almaniyadan başladıq ki, görək hansı nəticələr çıxır”.