Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 2 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
10:21 22.01.2013
770
Yevlax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yevlax rayonu, Aran qəsəbəsində Bakı-Qazax yolunun 304-cü kilometrliyində qeydə alınıb. “Volkswagen” və “VAZ” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində, “VAZ” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb, 4 nəfər sərnişini, o cümlədən, 1 nəfər azyaşlı xəsarət alıb və xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
//APA
OXŞAR XƏBƏRLƏR