Ermənilər üç rayonda atəşkəsi pozdular

Ermənilər üç rayonda atəşkəsi pozdular
Bütün Xəbərlər
09:28 23.01.2013
932

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.Düşmən cavab atəşi ilə susdurulub.1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.Təkcə 2011-ci ilin əvvəlindən bu günə kimi erməni əsgərlərinin açdığı atəş nəticəsində 25 hərbçimiz şəhid olub, 2 mülki şəxs, o cümlədən 9 yaşlı uşaq öldürülüb.

OXŞAR XƏBƏRLƏR