Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir tutulacağı, yanvarın 20-dən 21-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 1-4° isti, günün birinci yarısında 7-11° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-90 faiz , gündüz 55-65 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 5-10°, dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındagecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 0-5° şaxta,3°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° isti olacaqdır