Prezident İlham Əliyev “ “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, fərmana əsasən “ “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının 2-ci hissəsinə bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ikinci bənddə “24-cü” sözlərindən sonra “xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi istisna olmaqla” sözləri əlavə edilib. Bundan başqa məzmunda üçüncü bənd əlavə edilib. Üçüncü bəndə əsasən, həmin Qanunun 24-cü maddəsində (xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi barədə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir.












































