Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 28 dekabr 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək “Albalılıq” Qazpaylayıcı Stansiyasından qidalanan Buzovna qəsəbəsinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.