Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 1 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
10:42 22.12.2012
863
Xaçmazda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 19.00 radələrində Qəndob-Yalama yolunun 25-ci kilometrliyində, Xaçmaz-Bakı yolu istiqamətində hərəkət edən Xaçmazın Usta Cəlilli kənd sakini Gülmirzə Xəlil oğlu İbrahimovun idarə etdiyi VAZ 2106 avtomobili ilə yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü rayonun Qımılqışlaq kənd sakini Nizam Güləli oğlu Şamatovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR