Abşeron rayonunda azyaşlı ehtiyatsızlıqdan xəsarət alıb.Bu barədə Abşeron rayon Prokurorluğundan məlumat verilib. Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 4 yaşlı Süleyman Ayazzadənin evində üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarəti alıb. Süleyman Ayazzadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.