Bakıda daha bir avtobus qəzası

Bakıda daha bir avtobus qəzası
Bütün Xəbərlər
08:30 07.12.2012
964
Bu gün axşam saatlarında Bakı aeroport yolunda ictimai nəqliyyatın iştirakı ilə zəncirvari qəza baş verib.AZXEBER.COM-un məlumatına görə, metronun "Koroğlu" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəklətdə olan 107 saylı sərnişin avtobusu nasazlıq səbəbindən yolun hərəkət zolağında dayanmış "Mercedes” markalı minik avtomobilinə çırpılıb. Toqquşmadan sonra idarəetməni itirən sürücü avtobusu hərəkətdə olan “VAZ 2104” və “KİA” markalı minik avtomobillərinə də çırpıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, “Mercedes” markalı maşın yararsız vəziyyətə düşüb.
OXŞAR XƏBƏRLƏR